Operativ Məlumat Mərkəzi

Yeni yolun tikintisindən - Görüntülər

1 dəq
Paylaş:
Yeni yolun tikintisindən - Görüntülər

Pirşağı–Novxanı–Xırdalan–M4 yolunun tikintisi davam etdirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, layihə üzrə 10 qovşağın, 14 körpünün, 1 kommunikasiyalar üçün kanal körpüsünün, 1 qapalı və 1 üstü açıq tunelin tikintisi nəzərdə tutulub.

Yeni yolun inşası yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində əlaqəsini təmin etməyə, eləcə də Bakı--Yevlax magistral avtomobil yoluna çıxmaqla respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax