Operativ Məlumat Mərkəzi

Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq

2 dəq
Paylaş:
Yeni ildən bu sahədə xərclərin 50%-i geri qaytarılacaq

" Məcəlləsinə təklif edilən və yeni ildən qüvvəyə minməsi gözlənilən dəyişikliklərə əsasən, sektoruna böyük vergi güzəştləri olunacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, məqsəd daha çox sərmayə cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır:

“Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər.

Dəyişikliklərə əsasə, gələn aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, (gəlir) vergisindən 90 faiz azadolma veriləcək. Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz 90 faizə qaldırılır.

Mövcud qanunvericiliklə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə qaldırılır. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilir.

Ən vacib məqamlardan biri də bu sektorda da gələn ildən ƏDV-nin geri qaytarılmasının tətbiq edilməsidir. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi (“ƏDVcashback”) geri qaytarılacaq. Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek təbiq olunacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax