Əsas məzmuna keç

Dövlət büdcəsi gəlirləri nə qədər olub? - Hesabat

Dövlət büdcəsi gəlirləri nə qədər olub? - Hesabat

Maliyyə Nazirliyi yanvar ayı üzrə daxilolmaları açıqladı. Vergi Xidməti və Gömrük Komitəsi proqnozu üstələyib. ARDNF transferti və xərclərin təfərrüatı xəbərdə.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika və yüksək göstəricilər qeydə alınıb. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı uğurla icra edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, cari ilin ilk ayında dövlət büdcəsinin gəlirləri 3 707,3 təşkil edib. Bu nəticə aylıq proqnozu 32,0 milyon manat və ya 0,9 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərinin qurumlar üzrə bölgüsü aşağıdakı kimidir:

  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidməti: 2 050,3 milyon manat (proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz çox);
  • Dövlət Komitəsi: 487,0 milyon manat (proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz çox);
  • Əmlak Məsələləri Dövlət Xidməti: 4,9 milyon manat (proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz çox);
  • Sair daxilolmalar: 31,0 milyon manat (proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox);
  • Dövlət Neft Fondundan transfert: 1 070,0 milyon manat (proqnoz 100 faiz icra edilib).

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək, proqnoza qarşı 73,1 faiz icra olunub.

Yanvar ayında dövlət büdcəsinin xərcləri 1 500,0 milyon manat proqnoza qarşı 1 437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.

Ümumilikdə, 2026-cı ilin yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 411,9 milyon manat, xərcləri isə 1 717,5 milyon manat məbləğində olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…