Əsas məzmuna keç

Nazir gələn il tətbiq olunacaq vergi güzəştləri barədə danışıb

Nazir gələn il tətbiq olunacaq vergi güzəştləri barədə danışıb

Maliyyə naziri gələn il tətbiq olunacaq güzəştləri barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “ Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri deyib ki, işğaldan azad edilmiş ərazilərə verilən vergi güzəştlərinin Naxçıvana da tətbiqi Muxtar Respublikanın inkişafında əhəmiyyətli rol oynayacaq.

Sahil Babayev qeyd edib ki, media subyektlərinin vergi güzəştlərinin müddətinin daha 3 il uzadılması, sadələşmiş vergi limitlərin artırılması, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən mənbəyində 14 faiz deyil, 10 faiz dərəcə ilə vergi tutulması çox ciddi məsələlərdir: “Eyni zamanda biz ümumi fiskal yükü 37 faizə tənzimlədik”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…