Operativ Məlumat Mərkəzi

Yeni Delhi hava limanında problem yaranıb, 100-dən çox aviareys gecikir

2 dəq
Paylaş:
Yeni Delhi hava limanında problem yaranıb, 100-dən çox aviareys gecikir

Yeni Delhinin İndira Qandi Hava Limanında hava hərəkətinə nəzarət (ATC) sistemində nasazlıq yaranıb və nəticədə son saatlarda 100-ə yaxın təxirə salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "PTI" agentliyi məlumat yayıb.

Mənbələrdən biri uçuş planlarını yaradan izləmə sisteminə məlumat verən avtomatik mesajlaşma sistemində problemlərin olduğunu bildirib. "Flightradar24" uçuş izləmə saytına görə, Dehli hava limanında uçuşlar təxminən 50 dəqiqə gecikir.

Hindistanın ən böyük hava yolu "Air India", "X" hesabında sərnişinlərə səyahət tövsiyəsi verib: " ATC sistemi ilə bağlı texniki problem bütün aviaşirkətlərə təsir edib, bu da gecikmələrə və hava limanında və təyyarədə gözləmə müddətinin artmasına səbəb olur".

Problem aradan qaldırılarkən, hava nəqliyyatı dispetçerləri mövcud məlumatlardan istifadə edərək əl ilə uçuş planları yaradırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax