Əsas məzmuna keç

Yaxın Şərqdə atəşkəs danışıqları başlayıb

Yaxın Şərqdə atəşkəs danışıqları başlayıb

bu barədə Misir Rəyasət Heyəti məlumat yayıb. Görüşdə əsasən Qəzzada atəşkəsə nail olmaq səyləri müzakirə edilib. Misirin yerli mətbuatının bildirdiyinə...

Misir prezidenti əs-Sisi və Amerika Ştatlarının Mərkəzi İdarəsinin direktoru Uilyam Börns Qahirədə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Misir Rəyasət Heyəti məlumat yayıb.

Görüşdə əsasən Qəzzada atəşkəsə nail olmaq səyləri müzakirə edilib.

Misirin yerli mətbuatının bildirdiyinə görə, danışıqlar prosesində missiyasının davamı kimi Misirin heyəti sabah Dohaya gedəcək.

Qeyd edək ki, Misir və Qətər döyüşlərə son qoymağa və fələstinli məhbusların müqabilində israilli girovların azad edilməsi prosesini sürətləndirmək üçün, İsrail və HƏMAS arasında doqquz aydır davam edən müharibədə vasitəçilik səylərinə rəhbərlik edirlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…