Operativ Məlumat Mərkəzi

Yardım konvoyuna hücumda 112 nəfər ölüb

2 dəq
Paylaş:
Yardım konvoyuna hücumda 112 nəfər ölüb

İsrail ordusunun ötən gün Qəzzada yardım növbəsində fələstinlilərə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 112 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 760 nəfərin isə yaralandığı açıqlanıb.

Son sutkada daha 4 uşağın isə aclıq və susuzluqdan öldüyü bildirilib.

Yardım konvoyuna edilən hücuma münasibət bildirən İsrail tərəfi, hadisə zamanı mülkilərin hədəfə alınmadığını və tankların sadəcə olaraq, xəbərdarlıq atəşi açdığını bəyan edib.

Zərərçəkənlər isə hücumun hədəfində məhz günahsız insanların olduqunu bildiriblər.

Bir sıra dünya ölkələri və təşkilatlar sözügedən hadisəyə görə İsrail tərəfini günahlandırıb.

BMT Antonio Quterreş qırğının araşdırılmasını tələb edib.

Sülh danışıqlarına vasitəçilik edən Misir və Qətər, o cümlədən İspaniya, Portuqaliya və kimi hadisəni qınayan ölkələr sırasında yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax