Operativ Məlumat Mərkəzi

Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib

2 dəq
Paylaş:
Xuliqanlıqda təqsirləndirilən idmançılar barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda zəminində insident törətməkdə ittiham olunan bir qrup idmançı barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılır.

Saxlanılanlardan biri Elçin Hüseynov barəsində 3 ay müddətində həbs seçilib.

O, Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham edilir.

Hazırda məhkəmədə Elnur Həmidov və Musa barəsində təqdimatlara baxılır.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax