Operativ Məlumat Mərkəzi

Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib

1 dəq
Paylaş:
Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib

və Biləcəri qəsəbələri ərazisindən keçən xətdə baş verən qəzanın aradan qaldırılması zamanı problemin daha geniş miqyas müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı məlumat yayıb.

Bildirilib ki, boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəzanın həcminin böyük olduğu aşkarlanıb.

Bu səbəbdən təmir işlərinin icra müddəti 8 mart tarixinə qədər uzadılıb.

Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlar, “Vorovski” qəsəbəsi və Nərimanov rayonunun bir hissəsində suyun verilişində fasilə yaranıb.

Qeyd olunub ki, sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax