Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qobustanda magistral yol çöktü, hərəkət dayandırıldı

2 dəq
Paylaş:
Qobustanda magistral yol çöktü, hərəkət dayandırıldı

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qobustan qəsəbəsindən keçən hissəsində çökmə baş verib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, hadisə Bakı istiqamətində yolun 55-ci kilometrliyində kanal körpüsündə qeydə alınıb.

Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, tədbirləri görülüb. Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək hərəkət məhdudlaşdırılıb. vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Bildirilib ki, əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərərin məbləği müəyyənləşdirilir. Hazırlanacaq təkliflər aidiyyəti qurumlara təqdim ediləcək və qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax