Əsas məzmuna keç

Bakıda yağış suları kənarlaşdırılır

Bakıda yağış suları kənarlaşdırılır

ADSEA Qaradağ, Sabunçu və Heydər Əliyev prospektində suyun təxliyəsini sürətləndirib. Puta gölü və magistral yollarda görülən təcili tədbirlərin təfərrüatı burada.

en ru

Hazırda Bakı şəhəri və yarımadasında intensiv yağıntılarla əlaqədar toplanan yağış sularının kənarlaşdırılması üçün Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumatda bildirilir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və yerli idarələri prosesə tam cəlb edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində rayon Sukanal İdarəsi tərəfindən Puta gölünün səviyyəsinin qalxmasının qarşısını almaq məqsədilə diametri 1000 mm və uzunluğu 20 paqon metr olan əlavə dəmir-beton suötürücü boru quraşdırılıb. Eyni zamanda, prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında və Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan sular xüsusi nasos aqreqatları vasitəsilə ərazidən təmizlənib.

Bərpa işləri paytaxtın digər ərazilərini də əhatə edib. Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində qəzalı vəziyyətdə olan təxliyyə xəttini aşkar edərək 18 metrlik hissəsini bərpa ediblər. Hazırda əraziyə yığılan yağış suları nasoslar vasitəsilə həmin yenilənmiş xətlə kənarlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…