Operativ Məlumat Mərkəzi

XİN rəhbərinin müavini Qvineyaya səfər edib

2 dəq
Paylaş:
XİN rəhbərinin müavini Qvineyaya səfər edib

Respublikasının nazirinin müavini Yalçın Qvineya Respublikasına səfər edib.


XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, 8 aprel 2025-ci il tarixində xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Qvineya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məqsədilə qarşı tərəfin dəvəti əsasında Qvineya Respublikasına səfər edib.

Səfər zamanı Yalçın Rəfiyev Qvineya Respublikasının xarici işlər naziri, Afrika inteqrasiyası və xaricdə yaşayan qvineyalılar naziri Morissanda Kouyate ilə görüş keçirib və tərəflər arasında ikitətəfli siyasi və iqtisadi məsələləri müzakirə olunub.

Bundan əlavə bu ölkənin kənd təssərüfatı, əmək və dövlət qulluğu nazirliklərinin və SONAP milli neft şirkətinin rəhbərlikləri ilə də baş tutub.

Bu görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı üçün ticarət, sərmayə, kənd təsərrüfatı, faydalı qazıntıların istifadəsi və digər sahələrdə əməkdaşlıq istiqamətləri və hüquq-müqavilə bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb, eyni zamanda Azərbaycanın "ASAN xidmət" konsepsiyası barədə qarşı tərəfə geniş məlumat verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax