Operativ Məlumat Mərkəzi

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb

1 dəq
Paylaş:
Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadılıb

Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbulu uzadılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü üzrə sənəd qəbulunun 14 iyul 2023-cü il tarixinədək uzadılıb.

Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.

Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax