Operativ Məlumat Mərkəzi

Viktor Orban Gürcüstana rəsmi səfər edəcək

1 dəq
Paylaş:
Viktor Orban Gürcüstana rəsmi səfər edəcək

Macarıstanın , Aİ Şurasının sədri Viktor Orban oktyabrın 28-29-da Gürcüstanda rəsmi səfərdə olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 29-da Gürcüstan hökumətinin administrasiyasında Baş nazirin rəsmi qarşılanma mərasimi keçiriləcək. V.Orbanı ölkənin Baş naziri İrakli Kobaxidze qəbul edəcək.

Təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək, bundan sonra Kobaxidze və Orban mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Qeyd olunur ki, Macarıstanın Baş nazirini Gürcüstana səfəri zamanı və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto, naziri Marton Nad, maliyyə naziri Mixay Varqa, Yanoş Mate və digər rəsmilər müşayiət edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax