Operativ Məlumat Mərkəzi

Venesuelada aksiyalar zamanı 2200-dən çox şəxs saxlanılıb

2 dəq
Paylaş:
Venesuelada aksiyalar zamanı 2200-dən çox şəxs saxlanılıb

Venesuelanın qüvvələri hökumətə qarşı keçirilən aksiyaları zamanı törədən 2200-dən çox şəxsi həbs edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro açıqlama verib.

O, həbs olunanları cinayətkar və terrorçu adlandırıb.

zorakı kütlənin xaric qüvvələr tərəfindən idarə olunduğunu deyib.

Xatırladaq ki, etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə yaranmış qarşıdurmalarda 11 nəfər ölüb.

Bu arada, ölkənin müxalifətin Maduroya dəstəyin dayandırılması ilə bağlı çağırışlarına baxmayaraq növbəti dəfə dövlət başçısına sədaqətini ifadə edib. Müxalifət lideri Mariya Maçado hökuməti seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir. Maduro Maçadonu tərəfdarlarını zorakılığa təhrik etməkdə günahlandırıb və bildirib ki, o və prezidentliyə namizədi Edmundo Qonzales ömürlərini dəmir barmaqlıqlar arxasında keçirməlidilər.

Venesuelanın Milli Seçki Şurası seçkidə Maduronun 52 faiz səslə qalib gəldiyini elan edib. Müşahidəçilər səslərin sayılması prosesində şəffaflığın təmin edilmədiyini bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax