Əsas məzmuna keç

Ukraynaya silahları NATO vasitəsilə göndərəcəklərini açıqladı

Ukraynaya silahları NATO vasitəsilə göndərəcəklərini açıqladı

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, bu silahların xərclərini NATO qarşılayacaq. ABŞ-dan göndəriləcək hərbi sursatın əvvəlcə NATO-ya...

ABŞ Prezidenti ölkəsinin Ukraynaya silah tədarükünü NATO vasitəsilə həyata keçirmək üçün alyansla razılaşdığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu silahların xərclərini NATO qarşılayacaq.

ABŞ-dan göndəriləcək hərbi sursatın əvvəlcə NATO-ya təhvil veriləcəyini, daha sonra isə NATO tərəfindən Ukraynaya göndəriləcəyini Tramp deyib: "Silahları NATO-ya göndəririk və NATO bu silahların pulunu 100% ödəyir. Silahlar əslində NATO-ya olur. NATO da bu silahları Ukraynaya verir".

O, bu razılaşmanın keçən ay keçirilən NATO Zirvəsində əldə edildiyini vurğulayıb.

Eyni metodun hava müdafiə sistemlərinə də tətbiq olunacağını bildirən Tramp qeyd edib ki, Patriot sistemləri NATO-ya göndəriləcək, sonra NATO onları paylayacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…