Operativ Məlumat Mərkəzi

Ukraynaya 330 milyon dollarlıq hərbi avadanlıq və xidmət satışını təsdiqlədi

2 dəq
Paylaş:
Ukraynaya 330 milyon dollarlıq hərbi avadanlıq və xidmət satışını təsdiqlədi

Departamentinin, Rusiya- müharibəsi davam edərkən Kiyev rəhbərliyinə 330 milyon dollar dəyərində hərbi və xidmət satışına razılıq verdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yyaıb.

Bildirilib ki, 180 milyon satış çərçivəsində Ukraynanın hazırda sahib olduğu ABŞ istehsalı olan hava hücumundan sistemlərinin təmiri və yenilənməsi, eləcə də bu sistemlərin istifadəsinə dair personalın təlimi dəstəklənəcək.

150 milyon dollarlıq digər satış çərçivəsində isə ABŞ istehsalı olan M109 haubitsalarının təmir, texniki qulluq və modernizasiyası həyata keçiriləcək.

Satışın, Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı özünü müdafiə qabiliyyətini artıracağına diqqət çəkilən açıqlamada, bu barədə ABŞ Konqresinin məlumatlandırıldığı qeyd olunub.

Konqresə göndərilən silah satışı təsdiqlərinə 15 günlük etiraz müddəti tanınır. Bu müddət ərzində Konqresdən hər hansı bir etiraz gəlməzsə, silah satışı rəsmiləşir.

ABŞ Dövlət Departamenti dünən verdiyi açıqlamada da Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaq və zirehli döyüş avadanlıqları təmin etmək məqsədilə Kiyev rəhbərliyinə 322 milyon dollar dəyərində silah satışının təsdiqləndiyini elan etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax