Əsas məzmuna keç

Ukrayna: "Rusiya Kiyevə hava zərbəsi endirib"

Ukrayna: "Rusiya Kiyevə hava zərbəsi endirib"

Bu gün səhər saatlarında ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə hava zərbəsi endirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şəhər İdarəsindən yazılı açıqlamada bildirilib.

Açıqlamada Rusiya qüvvələrinin hücum zamanı pilotsuz uçuş aparatlarından (PUA) da istifadə etdiyi və ilkin məlumata görə, bütün hədəflərin Hərbi Hava Qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

"Raketlərin və PUA-ların növü və sayı ilə bağlı yekun məlumatlar tezliklə Hərbi Hava Qüvvələri tərəfindən açıqlanacaq", - məlumatda deyilir.

Ukraynanın müxtəlif bölgələrində hava hücumu xəbərdarlığı səslənməkdə davam edir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…