Operativ Məlumat Mərkəzi

Türkiyədə fabrikdə yanğının söndürülməsinə 60 briqada cəlb edilib

1 dəq
Paylaş:
Türkiyədə fabrikdə yanğının söndürülməsinə 60 briqada cəlb edilib

Türkiyənin şəhərinin zonasında ağac tədarükü müəssisəsində fevralın 10-u baş verən böyük yanğını 12 saatdır söndürə bilmirlər. Yanğının söndürülməsində 60 yanğınsöndürmə briqadası iştirak edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Alov fabrikin böyük ərazisinə yayılıb. Yanğınsöndürənlərin işi bu bölgədə əsən külək səbəbindən də çətinləşib. Alovun qonşu müəssisələrə keçmə riski hələ də qalmaqdadır.

Yerli hakimiyyətin məlumatına görə, yanğın nəticəsində ölən və ya xəsarət alan yoxdur. Yanğının səbəbləri hələ müəyyən edilməyib, lakin nasaz elektrik naqillərindən baş verə biləcəyi versiyası var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax