Operativ Məlumat Mərkəzi

Türkiyə Suriya ilə münasibətlərin əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb

2 dəq
Paylaş:
Türkiyə Suriya ilə münasibətlərin əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb

Suriya ilə münasibətlərin 2011-ci ildən əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, Suriyanın ərazi bütövlüyünün təmin olunması üçün terror ünsürləri oradan tamamilə təmizlənməlidir. Həmçinin, Suriyanın öz xalqının tələb və gözləntiləri əsasında BMT Şurasının müvafiq qərarı əsasında milli barışıq təmin edilməlidir. Suriyadan çıxmış şəxslərin təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılmalıdır. davamlı təmin edilməlidir.

Bildirilib ki, bu şərtlər yerinə yetirilsə, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə veriləcək.

Qeyd edək ki, Suriyadakı Bəşər Əsəd rejimi daha əvvəl Türkiyə ilə dialoqdan imtina etdiyini bildirib.

Xatırladaq ki, 2011-ci ildə Suriyada müharibəsinin başlanması Türkiyə ilə münasibətlərə təsir edən əsas məqamlardan idi. Belə ki, məhz bu hadisədən sonra tərəflər arasında münasibətlər minimum həddə çatdı. Vətəndaş müharibəsi başlayandan sonra Türkiyə Suriyadakı səfirini geri çağırdı, ölkədəki diplomatik fəaliyyətlərini təxirə saldı. 2012-ci ildə Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax