Operativ Məlumat Mərkəzi

İstanbulda Qəzza Zirvəsi başladı

1 dəq
Paylaş:
İstanbulda Qəzza Zirvəsi başladı
bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, Türkiyənin təşəbbüsü ilə keçirilən zirvəyə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər,...

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Qəzza mövzusunda görüşə ev sahibliyi edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyənin təşəbbüsü ilə keçirilən zirvəyə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri qatılıb.

Görüşə Xarici İşlər Naziri Hakan Fidan rəhbərlik edir. Müzakirə mövzuları arasında Qəzzada atəşkəsin davamlılaşdırılması və humanitar yardımların artırılması var.

Zirvədə, həmçinin Fələstin xalqının qanuni hüquqlarının qorunmasının və iki dövlətli həll vizyonunun önəminin vurğulanması gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər