Operativ Məlumat Mərkəzi

Türkiyə Qəzza sabitləşdirmə qüvvələrinə qoşula bilər

2 dəq
Paylaş:
Türkiyə Qəzza sabitləşdirmə qüvvələrinə qoşula bilər

Qəzza zolağındakı sabitləşdirmə qüvvələrinə hərbi , axtarış-xilasetmə və mühəndislik bölmələri göndərə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Türkiye” qəzetinə istinadən xəbər verir ki, Ankaranın bu qüvvələrdə iştirakı məsələsi həftənin sonunadək aydınlaşacaq.

Mümkün variantlardan biri kimi türk qoşunlarının bölgəyə yerləşdirilməsi də nəzərdən keçirilir. Bununla yanaşı, Misir, Pakistan və kontingentlərinin də prosesə cəlb olunacağı bildirilir.

"TRT Haber" isə Müdafiə Nazirliyindəki mənbələrə istinadla xəbər verib ki, Türkiyə atəşkəsin monitorinqi üçün xüsusi qrup yaradılması ilə bağlı tərəfdaş ölkələrlə danışıqları davam etdirir.

Qeyd edək ki, ABŞ hazırda Qəzzada sabitləşdirmə qüvvələrinin formalaşdırılması istiqamətində bir neçə ölkə ilə məxfi danışıqlar aparır. “Axios”un məlumatına görə, plan üzrə qüvvələrə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən nümayəndələr, eləcə də Fələstin polis bölmələri daxil olacaq. Onların anklavın Misir və İsrail sərhədlərində yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sentyabrın 29-da ABŞ prezidenti Donald Tramp Qəzza münaqişəsinin həlli ilə bağlı “hərtərəfli plan” təqdim edib. Oktyabrın 10-da isə tərəflər arasında atəşkəs razılaşması qüvvəyə minib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax