Operativ Məlumat Mərkəzi

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

2 dəq
Paylaş:
“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

Türkiyənin nəhəng onlayn alış-veriş platforması olan “”un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər.

İddia olunur ki, alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.

Məsələ ilə əlaqədar “Trendyol ” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, daha böyük həcmdə olan üçün qiymət dəyişikliyi olub: "Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlifhəcmli bağlamaların fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər".

Qeyd edək ki, desi dedikdə bir bağlamanın bütün ölçüləri nəzərdə tutulur.

"Qafqazinfo"

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax