“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?

“Trendyol" Azərbaycana daşıma qiymətlərini qaldırıb?
14.05.2024 10:51
Aa
dəq

Türkiyənin nəhəng onlayn alış-veriş platforması olan “Trendyol”un  Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər.  

İddia olunur ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur.

Məsələ ilə əlaqədar “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, daha böyük həcmdə olan bağlamalar üçün qiymət dəyişikliyi olub: "Yeni qaydalara əsasən, məhsul çeşidimizin çox kiçik bir hissəsində müxtəlifhəcmli bağlamaların qiyməti fərqlənir. Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər".

Qeyd edək ki, desi dedikdə bir bağlamanın bütün ölçüləri nəzərdə tutulur.

"Qafqazinfo"

Həftənin ən çox oxunanları

Səhiyyə Nazirliyi Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələrini keçirib

Səhiyyə Nazirliyi Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələrini keçirib
DAVAMIN OXU davamın oxu

İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb

İyul ayı üzrə bütün sosial ödənişlər yekunlaşıb
DAVAMIN OXU davamın oxu

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib - FOTO

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib - FOTO
DAVAMIN OXU davamın oxu

“Tuğ” qoruğunun sərhədləri və mühafizə zonası təsdiqlənib

“Tuğ” qoruğunun sərhədləri və mühafizə zonası təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Bu ilin altı ayında icbari tibbi sığorta hesabına 42 mindən çox abort edilib

Bu ilin altı ayında icbari tibbi sığorta hesabına 42 mindən çox abort edilib
DAVAMIN OXU davamın oxu