Əsas məzmuna keç

Trampa qarşı şahidlər ifadə veriblər

Trampa qarşı şahidlər ifadə veriblər

sonuncu iclasda Trampa qarşı şahidlər ifadə veriblər. Onun keçmiş köməkçilərindən biri Rona Qraf Denielsi Trampın ofisinin yanında gördüyünü bildirib....

Ştatları prezidentliyinə Donald Trampa qarşı onun pornoaktrisa Stormi Denielslə intim əlaqəsi haqqında məhkəmənin 2-ci həftəsi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu iclasda Trampa qarşı ifadə veriblər.

Onun keçmiş köməkçilərindən biri Rona Qraf Denielsi Trampın ofisinin yanında gördüyünü bildirib.

Amerikanın “National Inquirer” qəzetinin keçmiş müxbiri Deyvid Peker isə Trampa onun haqqında pis hekayələrin xəbərə çevrilməməsi üçün kömək etdiyini deyib.

O, Trampın seçkilərində qalib gəlmə şansının artması üçün belə etdiyini ifadə edib.

Qeyd edək ki, iddialara görə, Tramp 2016-cı il seçkilərindən əvvəl Denielslə əlaqəsinin gizli saxlanılması üçün ona vəkili Maykl Koenin vasitəçiliyi ilə 130 min dollar ödəniş edib.

Nyu-York qanunlarına görə, belə bir ödəniş qanunsuz hesab olunmasa da, Trampın bu pulları hüququ xərclər adı altında qeydiyyata aldırması cinayətdir.

Tramp Denielslə heç bir əlaqəsinin olmadığını, ona qarşı açılan işlərin siyasi təqib olduğunu deyir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…