Əsas məzmuna keç

"Tramp tarixə Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi düşəcək"

"Tramp tarixə Amerika Birləşmiş Ştatlarının ən sülhsevər prezidenti kimi düşəcək"

bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. "Ukraynadakı bu münaqişə Trampın köməyi ilə dayandırılarsa, o, tarixə düşəcək. Onun Nobel...

"ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoysa, tarixə ən ABŞ prezidenti kimi düşə bilər".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr deyib.

"Ukraynadakı bu münaqişə Trampın köməyi ilə dayandırılarsa, o, tarixə düşəcək. Onun Nobel mükafatına ehtiyacı yoxdur. Tramp tarixə Ştatlarının ən sülhsevər prezidenti kimi düşəcək", - o bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, əgər yeni "Core 5" qrupunun Amerika təşəbbüsü həyata keçirilərsə, dünya tamamilə fərqli olacaq: “Mediadan eşitdim ki, Tramp beş ölkədən ibarət bir blok yaratmağa hazırdır: Rusiya, Çin, Yaponiya, ABŞ və Hindistan. Düşünürəm ki, bu ittifaq gerçəkləşərsə, dünya qısa müddət ərzində tamamilə fərqli olacaq”.

Lukaşenkonun sözlərinə görə, avropalılar Trampın nə istədiyini başa düşmürlər.

"Tramp Asiyaya üz tutub, çünki ora gələcək inkişafın əsas mərkəzidir. Bu gün Asiya Çin sayəsində sürətlə inkişaf edir", - o əlavə edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…