Operativ Məlumat Mərkəzi

Tramp Qəzzada atəşkəslə bağlı çox müsbət görüşmələrin aparıldığını bildirdi

2 dəq
Paylaş:
Tramp Qəzzada atəşkəslə bağlı çox müsbət görüşmələrin aparıldığını bildirdi

ABŞ Prezidenti Qəzzada atəşkəsə dair danışıqların sürətlə irəlilədiyini və çox görüşlərin keçirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bununla bağlı Tramp hesabında paylaşım edib.

“Həftəsonu və dünyanın müxtəlif ölkələri ilə əsirlərin azad edilməsi, Qəzzadakı müharibənin dayandırılması və daha da önəmlisi, Yaxın Şərqdə uzun müddətdir arzulanan sülhün əldə olunması ilə bağlı çox müsbət danışıqlar aparılıb”., - o qeyd edib.

Danışıqların sürətlə irəlilədiyini vurğulayan Trump nümayəndə heyətlərinin bazar ertəsi günü Misirdə bir daha bir araya gələrək son detalları müzakirə edib dəqiqləşdirəcəklərini qeyd edib.

Tramp həmçinin atəşkəs planında nəzərdə tutulan ilk mərhələnin bu həftə başa çatmalı olduğunu xatırladıb: “Hamıdan sürətli hərəkət etmələrini xahiş edirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax