ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəsə dair danışıqların sürətlə irəlilədiyini və çox müsbət görüşlərin keçirildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bununla bağlı Tramp sosial media hesabında paylaşım edib.
“Həftəsonu HƏMAS və dünyanın müxtəlif ölkələri ilə əsirlərin azad edilməsi, Qəzzadakı müharibənin dayandırılması və daha da önəmlisi, Yaxın Şərqdə uzun müddətdir arzulanan sülhün əldə olunması ilə bağlı çox müsbət danışıqlar aparılıb”., - o qeyd edib.
Danışıqların sürətlə irəlilədiyini vurğulayan Trump nümayəndə heyətlərinin bazar ertəsi günü Misirdə bir daha bir araya gələrək son detalları müzakirə edib dəqiqləşdirəcəklərini qeyd edib.
Tramp həmçinin atəşkəs planında nəzərdə tutulan ilk mərhələnin bu həftə başa çatmalı olduğunu xatırladıb: “Hamıdan sürətli hərəkət etmələrini xahiş edirəm”.