Əsas məzmuna keç

Tramp bu vəzifəyə kiçik Kennedinin namizədliyini irəli sürüb

Tramp bu vəzifəyə kiçik Kennedinin namizədliyini irəli sürüb

Tramp bu barədə sosial şəbəkə hesabında yazıb. "Mən kiçik Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri Naziri vəzifəsində çalışacağını elan etməkdən...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Səhiyyə və İnsan Xidmətləri naziri vəzifəsinə kiçik Kennedinin namizədliyini irəli sürmək qərarını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə hesabında yazıb.

"Mən kiçik Robert Kennedinin Səhiyyə və İnsan Xidmətləri Naziri vəzifəsində çalışacağını elan etməkdən məmnunam. Çox uzun müddətdir ki, amerikalılar aldatma və dezinformasiyaya əl atmış sənaye qida kompleksinin və şirkətlərinin təsiri altında çəkirlər”, - deyə o qeyd edib.

Demokratlar Partiyasının üzvü olan kiçik Robert Kennedi son seçkilərdə müstəqil namizəd kimi öz namizədliyini irəli sürüb. Lakin sonradan o, söz azadlığı və iqtisadi müstəqillik də daxil olmaqla bir sıra əsas məsələlərdə oxşar mövqelərə istinad edərək Trampı dəstəkləmək qərarına gəlib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…