Operativ Məlumat Mərkəzi

Tramp BMT Baş Assambleyasında ərəb və müsəlman liderlərlə görüşəcək

2 dəq
Paylaş:
Tramp BMT Baş Assambleyasında ərəb və müsəlman liderlərlə görüşəcək

ABŞ prezidenti Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və liderlə görüşməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Qeyd edilib ki, görüş çərşənbə axşamı yerli vaxtla saat 14:30-da keçiriləcək.

, BƏƏ, Qətər, Misir, İordaniya və liderləri görüşə dəvət alıblar. Müzakirələrin əsas mövzusu Qəzza zolağının müharibədən sonrakı bərpası və bölgəyə ərəb ölkələrinin sabitləşdirici qüvvə kimi qoşun yerləşdirilməsi olacaq.

Ərəb dövlətləri Trampdan İsrailin Qəzzadakı əməliyyatlarını dayandırması və İordan çayının qərb sahilində ilhaq planlarından imtina etməsi üçün Netanyahuyə təzyiq göstərməsini istəyəcəklər.

Həmin gün Trampın Fars körfəzi ölkələrinin liderləri ilə də ayrıca görüşü planlaşdırılır. Onlar İsrailin Qətərdəki HƏMAS liderlərinə qarşı zərbələrini müzakirə edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax