Operativ Məlumat Mərkəzi

Təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb - VİDEO

2 dəq
Paylaş:
Təhlükəsizlik tələblərinə cavab verməyən körpülü kranların istismarı dayandırılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) tələblərinə cavab körpülü kranların istismarını dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Bərdə şəhərində göstərən “Bərdə İnşaat Sənaye” ASC-yə məxsus beton zavodunda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, zavodda istismar olunan 3 ədəd körpülü kranın arabacığının son həddini və qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun olmadığı müəyyən edilib.

Aşkar nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, körpülü kranların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax