Operativ Məlumat Mərkəzi

TƏBİB: Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır

1 dəq
Paylaş:
TƏBİB: Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır

Qobuda it azyaşlının vəziyyəti ağırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə şöbəsinə Elnur Hidayətoğlu məlumat yayıb.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Qeyd olunub ki, azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, və soyulmuş yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax