Əsas məzmuna keç

TƏBİB: Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır

TƏBİB: Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır

Qobuda it dişləyən azyaşlının vəziyyəti ağırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “ Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Qeyd olunub ki, azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib: "Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…