Operativ Məlumat Mərkəzi

Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib

1 dəq
Paylaş:
Tailandda yanan turist gəmisindən 26 nəfər xilas edilib

Tailandda sahildən 25 km məsafədə dənizdə olan yanan gəmisindən 26 nəfər xilas edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Naewna” məlumat yayıb.

Hadisə krallığın cənubunda Phanqnqa əyalətində baş verib. Gəmidə açıq dənizə üçün yola çıxan 10 heyət üzvü və 16 turist olub. Alt və orta göyərtələri əhatə edən yanğın baş verdikdən sonra onlar xilasetmə qayığına minib və yaxınlıqdan keçən gəmi tərəfindən xilas ediliblər. Gəmidə olan insanlardan heç biri xəsarət almayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.

Phanqnqa əyalətində dalğıclıq həvəskarlarını 1984-cü ildə batmış və 20 metr dərinlikdə dənizin dibində olan 60 metrlik “Boon Sung” texniki gəmisi cəlb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax