Operativ Məlumat Mərkəzi

Şuşa Qlobal Media Forumuna ev sahibliyi edir

2 dəq
Paylaş:
Şuşa Qlobal Media Forumuna ev sahibliyi edir

İyulun 22-23-də Şuşa şəhərində Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ ili” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci il dönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu keçiriləcək. İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 təşkilat və media qurumu iştirak edəcək. Həmçinin, Forumda 60 yerli media rəhbəri və nümayəndəsi təmsil olunacaq.

Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax