Əsas məzmuna keç

Suveydada toqquşmalarda 30 nəfər ölüb, 100 nəfər yaralanıb

Suveydada toqquşmalarda 30 nəfər ölüb, 100 nəfər yaralanıb

bu barədə Suriya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib. Bəyanatda bu hadisələrin rəsmi qurumların olmaması və bölgədə...

cənubundakı Suveyda əyalətində bədəvi silahlı qruplarının bir-birinə məxsus avtomobilləri ələ keçirməsi ilə qarşıdurmalarda 30 nəfər ölüb, 100 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.

Bəyanatda bu hadisələrin rəsmi qurumların olmaması və bölgədə boşluğunun olduğu bir şəraitdə baş verdiyi vurğulanıb.

Açıqlamada qeyd edilib ki, təhlükəsizliklə bağlı narahatlıqlar dərinləşib və mülki şəxslərin çağırışlarına baxmayaraq zorakılıq davam edir.

Bəyanatda bildirilir ki, toqquşmalar birbaşa ictimai təhlükəsizliyi təhdid edir və sosial sülhü ciddi şəkildə pozur. Həmçinin bildirilib ki, Daxili İşlər Nazirliyinin bölmələri ilə koordinasiyada insidentlərə nəzarət etmək üçün bölgəyə müdaxilə edib.

Nazirlik həmçinin silahlı toqquşmalarda iştirak edən şəxslərin məhkəmə orqanlarına təhvil veriləcəyini və belə hadisələrin təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…