Operativ Məlumat Mərkəzi

"Sualtı nüvə qayıqları bölgədədir"

2 dəq
Paylaş:
"Sualtı nüvə qayıqları bölgədədir"

ABŞ Prezidenti Donald Rusiyanın sabiq prezidenti Medvedevin nüvə ilə bağlı açıqlamalarından sonra iki nüvə qayığının lazım olan yerə yerləşdirildiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "The Hill" qəzeti məlumat yayıb.

“Sualtı qayıqlar bölgədədir, lazım olduqları yerdədirlər”, - Tramp bildirib.

Tramp həmçinin xüsusi nümayəndəsi Stiv Uitkoffun bu həftə Rusiyaya səfər edəcəyini qeyd edib.

Xatırladaq ki, Rusiyanın sabiq prezidenti Dmitri Medvedev iyulun 28-də verdiyi açıqlamada Trampa sərt reaksiya göstərərək Vaşinqtonun siyasətinin ilə ABŞ arasında daha genişmiqyaslı bir toqquşma riski daşıdığını bildirmişdi.

Medvedev "X" sosial şəbəkəsindəki paylaşımında yazmışdı: “50 gün ya da 10 gün... Tramp iki şeyi unutmamalıdır: Rusiya nə İsrail, nə də İran deyil. Hər yeni ultimatum bir təhdiddir və müharibəyə doğru atılmış bir addımdır. Rusiya ilə arasında yox, onun öz ölkəsi ilə Rusiya arasında”.

ABŞ lideri isə 31 iyulda verdiyi açıqlamada Medvedevin bu fikirlərinə cavab olaraq iki nüvə sualtı qayığının uyğun bölgələrə yerləşdirilməsi əmri verdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax