Operativ Məlumat Mərkəzi

Su Polisi və DSX qanunsuz balıq ovu ilə bağlı əməliyyat keçirib

2 dəq
Paylaş:
Su Polisi və DSX qanunsuz balıq ovu ilə bağlı əməliyyat keçirib

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında İdarəsi Dövlət Sərhəd Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçirib. Tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar.

Daxili İşlər Nazirliyinin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovundan istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq götürülüb. zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan vurduqları müəyyən edilib.

Faktla bağIı Su Nəqliyyatında Polis İdarəsi araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax