Əsas məzmuna keç

Su hövzələrində təhlükəsizliyin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində təhlükəsizliyin təmin olunması mövzusunda təlim keçirilib

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər dənizi sahilində “Su hövzələrində...

Fövqəladə Hallar Nazirliyi Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Sumqayıt Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Təlimdə olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı “zərərçəkmiş” xilasedicilər tərəfindən “xilas edərək” ilkin yardım göstərilib, aidiyyəti üzrə təhvil verilib.

Uğurla icra olunan təlimdən sonra xilasedicilərin xilasetmə zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…