Su hövzələrində təhlükəsizliyin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində təhlükəsizliyin təmin olunması mövzusunda təlim keçirilib
23.08.2023 12:30
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Corat qəsəbəsinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Sumqayıt Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Təlimdə şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı “zərərçəkmiş” xilasedicilər tərəfindən “xilas edərək” ilkin yardım göstərilib, aidiyyəti üzrə təhvil verilib.

Uğurla icra olunan təlimdən sonra xilasedicilərin xilasetmə zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu