Operativ Məlumat Mərkəzi

“SpaceX” Amerika kəşfiyyatı üçün peyklər daşıyan raketin buraxılışını həyata keçirib

1 dəq
Paylaş:
“SpaceX” Amerika kəşfiyyatı üçün peyklər daşıyan raketin buraxılışını həyata keçirib

“SpaceX” şirkəti ABŞ-nin Milli -Kosmik İdarəsi (NRO) üçün “Falcon-9” daşıyıcı raketini buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, şirkətin saytında canlı yayımlanıb.

NROL-153 missiyası çərçivəsində raketin buraxılışı Şərq sahili vaxtı ilə saat 22:54-də (Bakı vaxtı ilə yanvarın 10-u saat 07:54-də) Kaliforniya ştatındakı Vandenberq HHQ bazasından həyata keçirilib. 2025-ci ildə “SpaceX”in kəşfiyyatının tapşırıqlarını yerinə yetirmək üçün ən azı dörd belə buraxılış həyata keçirəcəyi gözlənilir.

ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən NRO-nun fəaliyyəti ciddi şəkildə məxfi saxlanılır. Aparatların parametrləri və təsviri açıqlanmır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax