Əsas məzmuna keç

Sloveniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Sloveniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

məktubda deyilir: "Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən...

Respublikasının Prezidenti Nataşa Pirts Musar İlham Əliyevə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi . Həmçinin ölkənizə davamlı tərəqqi və inkişaf, xalqınıza firavanlıq arzulayıram.

Mən ölkələrimiz və xalqlarımız arasında sıx əlaqələri daha da dərinləşdirən, dostluğa və ortaq maraqlara əsaslanan ikitərəfli əməkdaşlığımızın möhkəmlənməsini böyük məmnunluqla alqışlayıram. Sloveniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və əminəm ki, bu əlaqələr gələcəkdə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə daha da genişlənəcəkdir.

Mən daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə səylərimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…