Operativ Məlumat Mərkəzi

Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

1 dəq
Paylaş:
Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

Çin Respublikasının sədri Si Cinpin oktyabrın 18-də Çin Xalq Ordusunun (ÇXAO) qoşunları briqadasını ziyarət edərkən hərbçiləri müharibəyə hazırlığı gücləndirməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çin liderinin CCTV telekanalının efirində yayımlanıb.

Si Cinpin deyib ki, hərbçilər “müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunların etibarlı hazırlığını təmin etməlidirlər”. O həmçinin qeyd edib ki, Çin əsgərləri “öz strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”.

ÇXR sədri müvafiq bəyanatla Çin hərbçilərinin Tayvan yaxınlığında genişmiqyaslı təlimlər keçirməsindən bir neçə gün sonra çıxış edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax