Əsas məzmuna keç

Çin müharibəyə girəcəkmi?

Çin müharibəyə girəcəkmi?

Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizindəki mübahisəli sularda dəniz və hava qüvvələrinin iştirakı ilə döyüş hazırlığı patrulu keçirib.

ru en

Çin Xalq Ordusunun Cənub Cəbhəsi Komandanlığı bölgədə dəniz və hava qüvvələrinin iştirakı ilə hazırlığı patrulu həyata keçirildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rəsmi məlumatda yanvar ayının əvvəlindən etibarən bu növ fəaliyyətlərin intensivləşdiyi və bəzi ölkələrin təxribatlarına qarşı qətiyyətli mövqe nümayiş etdirildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, artan patrul Çinin öz ərazisi hesab sularda suverenliyini və təhlükəsizliyini gücləndirmək, həmçinin Çin dənizində sülh və sabitliyi qorumaq məqsədi daşıyır.

Xüsusilə Filippin sahillərinə yaxın olan və Çin tərəfindən "Huangyan", Filippin tərəfindən isə "Panatag" adlandırılan "Scarborough Sığı" ətrafında gərginlik pik həddədir.

Xatırladaq ki, Cənubi Çin dənizi İkinci Dünya müharibəsindən bəri ərazi mübahisələrinin mərkəzindədir. "China" 1947-ci ildə dərc etdiyi xəritə ilə dənizin 80%-nə iddia etsə də, Filippin, Vyetnam, Bruney və Malayziya da zəngin yeraltı resurslara malik bu bölgədə haqlarını müdafiə edirlər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…