Operativ Məlumat Mərkəzi

Şərurda əməliyyat - külli miqdarda siqaret müsadirə edildi

2 dəq
Paylaş:
Şərurda əməliyyat - külli miqdarda siqaret müsadirə edildi

Baş Gömrük İdarəsinin əməkdaşları Respublikasının aksiz markası ilə külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah aşkar ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DGK-dan bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda evin həyətyanı sahəsindəki yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 18960 ədəd siqaret və 91 ədəd spirtli içki aşkar edilib.

Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax