Əsas məzmuna keç

Şərurda əməliyyat - külli miqdarda siqaret müsadirə edildi

Şərurda əməliyyat - külli miqdarda siqaret müsadirə edildi

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu...

Baş İdarəsinin əməkdaşları Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda , spirtli içki və yivli odlu silah aşkar ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DGK-dan bildirilib.

Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsindəki yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 18960 ədəd siqaret və 91 ədəd spirtli içki aşkar edilib.

Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…