Əsas məzmuna keç

Sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

Sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 vasitəsi keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ümumilikdə bu nəqliyyat vasitələri ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə yaradılıb.

Onlardan 4-ü BQXK-nın , 9-u sürücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…