Operativ Məlumat Mərkəzi

Səfir: “Panama azad iqtisadi zonaların yaradılması və inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır”

2 dəq
Paylaş:
Səfir: “Panama azad iqtisadi zonaların yaradılması və inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır”

“Panama azad iqtisadi zonaların yaradılması və inkişafı, ölkənin işğaldan azad ərazilərinin bərpası istiqamətində Azərbaycanla əməkdaşlığa hazırdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Panamanın Azərbaycandakı səfiri Mariela del Karmen Sagel Rosas deyib.

“Sentyabrda Bakıya Panamadan (“Head ProPanama”) missiya gələcək. Bu missiya turizm sahəsində potensialı nümayiş etdirəcək, azad iqtisadi zonalar sahəsində müzakirə ediləcək. Biz işğaldan azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət yetirmək . ərazilərində bu sahədə bilik və təcrübə mübadiləsi aparmaq istəyirik”, - o bildirib.

Panamada 12 azad zona var və onlardan ən böyüyü Kolon Azad Zonasıdır.

Səfirin sözlərinə görə, Azərbaycan və Panama təhsil, “yaşıl enerji”nin inkişafı və s. sahələrdə də əməkdaşlıq edə bilər.

O, xatırladıb ki, 1976-cı ildə Panama Qoşulmama Hərəkatının Şri-Lankada keçirilən sammitində iştirak edib və bu, həmin vaxt ABŞ-la danışıqlar aparan Panama üçün hadisə olub.

Diplomat vurğulayıb ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatında mühüm rol oynayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax