Səfir: “Panama azad iqtisadi zonaların yaradılması və inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır”

Səfir: “Panama azad iqtisadi zonaların yaradılması və inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır”
06.07.2023 17:26
Aa
dəq

“Panama azad iqtisadi zonaların yaradılması və inkişafı, ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində Azərbaycanla əməkdaşlığa hazırdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Panamanın Azərbaycandakı səfiri Mariela del Karmen Sagel Rosas deyib.

“Sentyabrda Bakıya Panamadan (“Head ProPanama”) missiya gələcək. Bu missiya turizm sahəsində potensialı nümayiş etdirəcək, azad iqtisadi zonalar sahəsində əməkdaşlıq müzakirə ediləcək. Biz işğaldan azad edilmiş ərazilərin bərpasına xüsusi diqqət yetirmək istəyirik. Azərbaycan ərazilərində bu sahədə bilik və təcrübə mübadiləsi aparmaq istəyirik”, - o bildirib.

Panamada 12 azad zona var və onlardan ən böyüyü Kolon Azad Zonasıdır.

Səfirin sözlərinə görə, Azərbaycan və Panama təhsil, “yaşıl enerji”nin inkişafı və s. sahələrdə də əməkdaşlıq edə bilər.

O, xatırladıb ki, 1976-cı ildə Panama Qoşulmama Hərəkatının Şri-Lankada keçirilən sammitində iştirak edib və bu, həmin vaxt ABŞ-la danışıqlar aparan Panama üçün əlamətdar hadisə olub.

Diplomat vurğulayıb ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatında mühüm rol oynayır.

Həftənin ən çox oxunanları

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb

Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır

Azərbaycan hotellərində orta qiymətlər İstanbula və Gürcüstana nisbətən azdır
DAVAMIN OXU davamın oxu

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb
DAVAMIN OXU davamın oxu

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu