Operativ Məlumat Mərkəzi

Saleh Səmədov saxlanılıb

2 dəq
Paylaş:
Saleh Səmədov saxlanılıb

İmişli rayonunda 9 May - Faşizm üzərində Qələbə Günü ilə bağlı keçirilən tədbirdə SSRİ altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Şurasının keçmiş sədri Saleh saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, o, Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Saleh Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən də çıxarılıb.

Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi tərəfindən həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax